Məşhur aparıcı öz sinəsi üçün vida gecəsi təşkil etdi (FOTO)

Məşhur aparıcı öz sinəsi üçün vida gecəsi təşkil etdi (FOTO)
01:41 23 Yanvar 2015
324 Digər
Ölkə mətbuatı
A- A+

27 yaşlı BBC televiziya və radioaparıcısı Klara Xermet öz sinəsi üçün vida gecəsi keçirib.

ANS PRESS-in məlumatına görə, aparıcı yaxın günlərdə sinəsini əməliyyat etdirəcək.

Onun sözlərinə görə, əməliyyatdan əvvəl o, öz sinəsiylə vidalaşmaq istəyib. Klaranın anası və bacısı da sinə xərçənginin qurbanı olublar və ondan həlak olublar.

Klara bu məqsədlə önləyici əməliyyata qərar verib.

"Bu qərar vermək mənə çətinliklə başa gəldi. Əvvəlcə mənə çox düşünmək lazım oldu. İndi mən buna tam hazıram. Əlbəttə, elə anlar olub ki, vanna otağından çıxıb güzgüdə sinəmə baxıb düşünmüşəm. Ancaq sağlamlıq hər şeydən vacibdir",- deyə Klara bildirib.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR