Bakı, 7 iyul, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank of Baku" ASC-nin sənədsiz, adi, adlı səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 3 milyon 400 min ədəd, qiymətli kağızın ilkin qiyməti 15.55 manatdır. Ticarətə iyulun 7-dən başlanılacaq. Maraqlanan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.