Ölkə xaosda: prezident və baş nazir istefa etdi

Ölkə xaosda: prezident və baş nazir istefa etdi
06:06 23 Yanvar 2015
222 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmən prezidenti Abdurabbu Mansur Hadi və baş nazir Xalid Manfuz Bahhah cümə axşamı istefa verərək ölkəni daha dərin böhranla üz-üzə qoyub.

ANS PRESS-in məlumatına görə, president və baş nazirin Huti qiyamçıları ilə razılığa gələ bilməmələri səbəb olub. Yəmən parlamentinin isə istefaları qəbul etmədiyi bildirilir.

Ölkə parlamentini mühasirədə saxlayan Huti hərəkatına aid yaraqlıların dövlət başçısı istefaya məcbur etdiyi vurğulanır.

Yəmənin ikinci şəhəri olan Ədəndə rəsmilər prezidentin istefaya getməsini pisləyib və indiki vəziyyətdə müstəqil hərəkət edəcəklərini bildiriblər.

Xatırladaq ki, iki gün öncə Yəməndə İran tərəfdarları olan Hutilər hərəkatı paytaxt Sənada hakimiyyəti ələ keçirib, prezidenti ev dustaqlığına məhkum etmişdi.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR