APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "Shacman" və "QAZ" markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.Bakı-Qazax yolunda iki yük maşını toqquşub
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb.
Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyidi çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az