[ 08 İyul 2015 15:37 ]



Bakı. Cavid Zeynallı – APA. TRT “Bilinməyən tarix: Nargin adası əsarəti” sənədli filminin çəkilişlərinə başlayıb.

APA-nın məlumatına görə, sənədli filmin çəkilişləri Nargin adası və Gəncədə aparılır.

TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan çəkilişlərin iyulun 12-dək davam edəcəyini bildirib.

Film I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülən və Nargində saxlanılan Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edəcək.