Otellər və Restoranlar Assosiasiyası AHRA© Azərbaycan Qonaqpərvərlik Kadrları Agentliyini təsis etmişdir.

Assosiasiyadan verilən məlumata görə, təşkilatın ekspertləri qonaqpərvərlik və turizm sektorunda əmək bazarı münasibətlərini təhlil edərək bu Agentliyin təsis edilməsi nəticəsinə gəlmişdirlər.

Təşkilatın idarə heyətinin sədri Samir Dübəndi bildirmişdir ki, Assosiasiyanın qlobal məqsədi - Azərbaycan turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin təkmilləşməsi, sənayenin ölkə iqtisadiyyatında prioritet sahə kimi inkişafına yardımçı olmaqdır.

Turizm və qonaqpərvərlik sənayesi insan resurslarından birbaşa qaynaqlanır və bu faktor sənayedə mühüm rol oynayır. İnsan resursunun biliyi və bacarığı, onların düzgün seçilməsi xidmət sahəsinin vacib hissələrindən biridir. Digər tərəfdən sənayedə çalışan müəsissələr, bunlar sırasında otellər, restoranlar, turizm agentlikləri, biznes mərkəzlərı, aviaşirkətlər, idman kompleksləri və sairləri işçi seçərkən güvənli xidmətlərin alınmasına ehtiyac duyurlar.

Təəssüflər olsun ki, əmək bazarında hələ də bir sıra pozuntular müşahidə edilir. Əmək müqavilələrinin düzgün bağlanmaması, sosial müdafiə fonduna nəzərdə tutulan köçürmələrin və vergi münasibətlərinin pozulması, işçilərin sığortalanmaması, tibbi müayinə kartlarının olmaması və digər məsələləri qeyd etmək olar.

Agentlik HR mütəxəssislərin ciddi nəzarətilə əmək qanunvericiliyinə və əmək bazarının digər qanun və qaydalarına riayət edərək fəaliyyətini qurur. Qeyd olunub ki, Agentlik gənclərin işlə təmin edilməsinə xüsisi diqqət yetirəcək.

Otellər və Restoranlar Assosiasiyası Agentliyin işini yüksək standartlara uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Təhsil Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, AR Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla görüşlər keçirərək əmək bazarı, peşə təhsili, gigiyena, sanitariya və digər sualların müzakirəsini aparmaqdadır.

Assosiasiyanın digər qurumu olan AHEC© Azərbaycan Qonaqpərvərlik Tədris Mərkəzi Agentliyin işinə yardımçı olacaq. Belə ki, yeni əmək fəlaiyyətinə başlayanlar və mütəxəssislər üçün müxtəlif peşə tədris proqramları təklif edilirlər. Bunlar Qonaqpərvərliyə Giriş təlimlərindən başlayaraq bir sıra təcrübə artırmaq üçün proqramlardırlar. AHRA digər təhsil müəsissələri ilədə çalışacaq və onların tələbələri üçün istehsalat təcrübəsi, məzunlar üçün isə iş təklifləri realizə edəcək.

Təhsil və əmək bazarı məntiqi tandemdə çalışmalıdırlar. Bu səmərəli əməkdaşlıq həm işçilər üçün və eyni zamanda işə götürən müəsissələr üçün son nəticədə faydalar verir.

AHRA© eyni zamanda bir sıra "outsource" xidmətlər də təklif edəcək. Bunlardan turizm və qonaqpərvərlik müəsissələrinin işçi heyətinin test üsulu ilə qiymətləndirilməsi (staff assessment), kontrakt əsasında müxtəlif tədbirlərin servisi üçün personalın təmin edilməsi, xüsusi sığorta və social paketləri və s.

Onu da qeyd etmək lazımdır ki, turizm və qonaqpərvərlik sənayesi gündən günə genişlənir və insan resurslarına olan ehtiyac bu sahədə sürətlə artmaqdadır.

Bu gün statistika göstərir ki, xidmət sahəsində 40 min insan çalışır. Proqnozlara görə, bu rəqəm yaxın 5 ildə 3 dəfə artmalıdır.

Otellər və Restoranlar Assosiasiyası AHRA© Azərbaycan Qonaqpərvərlik Kadrları Agentliyini təsis edib - FOTO
Otellər və Restoranlar Assosiasiyası AHRA© Azərbaycan Qonaqpərvərlik Kadrları Agentliyini təsis edib - FOTO
Otellər və Restoranlar Assosiasiyası AHRA© Azərbaycan Qonaqpərvərlik Kadrları Agentliyini təsis edib - FOTO