"Muğanbank" ASC müştərilərin rahatlığını və rifahını düşünərək xidmətlərinin keyfiyyətinin artırılması, innovativ məhsul və xidmətlərin təqdim olunması ilə yanaşı, məhsul və xidmətlərini müştərilərə daha sərfəli şərtlərlə təklif etməyin də qeydinə qalaraq istehlak kreditləri üzrə faiz dərəcəsini aşağı salmışdır. Bu gündən etibarən istehlak kreditləri üzrə faiz dərəcəsi 22%-dən başlayaraq, komisyon haqq kreditin məbləğinin 1%-i həcmində olacaqdır.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.