Bakı, 10 iyul, AZƏRTAC
"Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunun elektro və bioaktiv polimer materialları laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı və diplomu ilə təltif olunub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, yüksək molekullu birləşmələr kimyası, sənaye istehsalı olan termoplastların tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkənin neft-kimya tarixində göstərdiyi əvəzsiz xidmətlərinə görə layiq görülüb.