Bakı metrosunda həyəcan

Bakı metrosunda həyəcan
12:36 23 Yanvar 2015
206 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni"ndə qatarların hərəkətində problem yaranıb.

Bu barədə ANS PRESS-in oxucuları məlumat veriblər. İlkin məlumata görə, qatarlardan biri "Ulduz" metro stansiyası istiqamətində problem yaranıb.

Oxucularımız bildirir ki, təxminən 10-15 dəqiqədər ki, problem müşahidə olunur.

İlkin ehtimala görə, problem qatardakı teniki nasazlıq səbindən baş verib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Həzi Aslanov-İçərişəhər xətti ilə hərəkət edən 11 saylı qatarda texniki nasazlıq yaranıb: “Qatar “Ulduz” stansiyasına çatmamış tuneldə qalıb. Köməkçi qatar vasitəsi ilə nasaz qatar stansiyaya gətirilib. Daha sonra sərnişinlər qatardan boşaldılıb. Nasaz qatarın əvəzinə isə xəttə yeni qatar buraxılıb. Texniki problem olduğu üçün qatarların hərəkətində 10 dəqiqəlik gecikmə baş verib”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR