Gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək

13:02 23 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 13:00 ]


Bakı. Fərid Mirzəyev - APA. Yanvarın 27-də Gənclər və idman naziri Azad Rəhimov Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə A.Rəhimov Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək.

 

Qəbul saat 11.00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəh. Mübariz İbrahimov küçəsi 120, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlayacaq.

 

Vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09.00-dan 18.00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlardan aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur: Ağcabədi - 050-515-29-00; Beyləqan - 055-743-12-12; Biləsuvar - 050-504-44-22; İmişli - 055-635-66-49.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR