Təlimlər cari ilin fevral ayının 13-dən etibarən başlayacaq və 10 həftə ərzində davam edəcək. Kursları müvəffəqiyyətlə bitirən iştirakçılara Avropanın Kvalifikasiya və Akkreditasiya Sisteminin 5-ci pilləsinə uyğun olan nüfuzlu “Digital Marketing İnstitute” sertifikatı təqdim ediləcək.
Qeyd edək ki, beynəlxalq təlim kursları İrlandiyanın “Digital Marketing İnstitute” təhsil müəssisəsinin Azərbaycan üzrə rəsmi təhsil tərəfdaşı olan “DMİ Azerbaijan”ın (www.dmi.az) təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə həyata keçiriləcək.
Həqiqət İSABALAYEVA