[ 11 İyul 2015 13:06 ]
Bakı. Fərid Mirzəyev - APA. 2015-2016-cı tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmuş bakalavrların qeydiyyatı başa çatıb.
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeydiyyat iyunun 29-dan iyulun 10-dək AMEA-nın Elm və Təhsil İdarəsinin təhsil şöbəsində aparılıb.
Qeyd edək ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından çıxarılacaqlar.