Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

13:17 23 Yanvar 2015
183 İdman
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 13:13 ]


Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası 2015-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını Azərbaycan millisinin aparıcı idmançıları üçün uğurlu saymaq olar.

 

Belə ki, Hacıağa Hacıəhmədovun yetirmələrindən 5-i ilk “onluq”da yer alıb. Təmsilçilərimizdən ən yaxşı göstərici dünya çempionumuz Elxan Məmmədova məxsusdu. O, öz çəkisində 4-cü yerdədi.

 

“10-luq”da mövqeyini qoruyan Orxan Səfərov (60 kq) 5-ci, Elmar Qasımov (100 kq) 6-cı, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) 10-cudu.

 

Yığmamızın digər cüdoçularına gəlincə, Nicat Şixəlizadə 12-ci, Tərlan Kərimov (hər ikisi 66 kq) 37-ci, Məhəmmədəli Mehdiyev 50-ci, Tural Səfquliyev (hər ikisi 81 kq) 63-cü, Şahin Qəhrəmanov (90 kq) 30-cu, Uşanqi Kokauri (+100 kq) 38-ci və Kifayət Qasımova (57 kq) 25-ci yeri tutur.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR