Milli Azərbaycan Tarixi Muzeyinə yaşları 4 min ildən artıq olan qızıl əşyalar təhvil verilib

13:22 23 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 13:20 ]


Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fonduna qızıldan olan otuz ədəd ( 16 saxlanma vahidi) material təhvil verilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu qızıl əşyaları son illər Azərbaycanın ərazisində arxeoloji qazıntılar zamanı Masallı, Ağstafa, Tovuz, Goranboy, İsmayıllı və Oğuz rayonlarında aşkar edilib.

 
Qeyd edək ki, arxeoloji əşyalardan ən qədimləri Oğuz rayonunu kurqan qəbirlərindən tapılıb. Tapıntıların yaşları 4 min ildən artıqdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370122

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR