Görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyəti və beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat verib.
İlk olaraq qonaqlar kitabxananın sərgi, oxu zalları və akademiklər zalında yerləşən ilk hədiyyə kitab kolleksiyası ilə tanış olub, həmçinin akademiyanın yaranma tarixi, AMEA-nın sabiq prezidentləri olan 15 akademikin elmi-ictimai fəaliyyətləri barədə məlumatlandırılıb.
Sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatı laureatlarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, müxtəlif dillərdə elmi nəşrlər, ensiklopediyalar, qonaqların marağına səbəb olub.
MEK-dən bildirilib ki, görüş zamanı, həmçinin “Milli Rəqəmsal Yaddaş” bazası üçün məlumatların əldə edilməsi və digər təklif olunanlar istiqamətində müştərək əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə xanım Dalsgaard da kitabxana ilə əməkdaşlıq səylərini əsirgəməyəcəyini söyləyib.
Həqiqət İSABALAYEVA