Bakı, 23 yanvar, AzərTAc
Yerli elektron ödəniş sisteminə “Rabitəbank”ın iki xidməti artırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a bildirilib ki, “artıq bankın “Kredit ödəmə” və “Depozit hesabın doldurması” xidmətlərindən “E-Pul” vasitəsilə yararlanmaq mümkündür.
“www.e-pul.az” internet ünvanında fəaliyyət göstərən “E-Pul”un əsas funksiyası müxtəlif xidmət haqlarının – bank və kommunal xidmətlər, mobil danışıqlar üzrə və digər ödənişlərin onlayn rejimdə aparılmasını təmin etməkdir.