Bakı, 13 iyul, Fərhad Vahidzadə, AZƏRTAC
Şotlandiyanın “Royal Bank”ı Yunanıstanın dənizçilik sektoruna ayırdığı 5 milyard dollarlıq kredit portfelini satmaq istəyir.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstandakı mövcud iqtisadi böhranla əlaqədar ŞRB-rəsmiləri burada dənizçiliyin inkişafı üçün ayırdıqları 5 milyard dollar həcmində olan kredit portfelini bu ilin dekabr ayına kimi satmaq istədiklərini bildiriblər.