"Real"ın sabiq yarımmüdafiəçisi Sami Xedira hazırda Turindədi.
Metbuat.az "Yuventus"un rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, o, hazırda tibbi müayinədən keçir. Əgər alman futbolçunun sağlığında heç bir problem aşkarlanmasa, onunla 4 illik müqavilə imzalanacaq.
Xedira azad agent statuslu futbolçu kimi "Yuventus"a keçəcək.