Azərbaycan XİN “Azadlıq Radiosu”nun əməkdaşını “qara siyahı”ya salıb

15:17 23 Yanvar 2015
179 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 15:13 ]

Bakı. Rüfət ƏHmədzadə - APA. Rəsmi Bakı “Azadlıq Radiosu”nun (“Radio Free Europe/Radio Liberty”) əməkdaşı Marqot Buffu “qara siyahı”ya salıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev APA-ya bildirib ki, M.Buff Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə adı “arzuolunmaz şəxslər” siyahısına daxil edilib.

 

H. Hacıyev qeyd edib ki, jurnalistin Dağlıq Qarabağa səfəri qanunsuzdur, işğal altında olan Azərbaycan ərazilərinə rəsmi Bakıdan icazəsiz səfər etmək beynəlxalq hüquqa, ölkənin suverenliyinə hörmətsizlikdir.

 

Xatırladaq ki, işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edən M. Buffun sözügedən reportajı yanvarın 5-də, “Azadlıq Radiosu"nun saytına dərc olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR