Gənc azərbaycanlı bəstəkar Rusiyada müsabiqənin qalibi olub

Gənc azərbaycanlı bəstəkar Rusiyada müsabiqənin qalibi olub
15:23 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq ixtisası üzrə X sinif şagirdi Arzu Abbasova yeni uğura imza atıb. Belə ki, o, İstedadlı Uşaq və Gənclərə Dəstək Fondunun təşkilatçılığı ilə 2014-cü ilin payızında Rusiya Federasiyasının Novosibirsk şəhərində keçirilən gənc bəstəkarların 17-ci beynəlxalq müsabiqəsinə qatılmışdı. A.Abbasova müsabiqəyə fortepiano və fleyta üçün yazdığı “Nağıllar aləmində” əsərini təqdim etmişdi.
Musiqi məktəbinin direktoru Yusif Vəliyev AzərTAc-a bildirib ki, bu günlərdə müsabiqənin nəticələri açıqlanıb. Rusiya Federasiyası Bəstəkarlar İttifaqının üzvü, bəstəkar-ifaçıların beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Anisimovanın sədrlik etdiyi münsiflər heyətinin qərarı ilə Arzu Abbasova birinci dərəcəli diploma layiq görülərək müsabiqənin laureatı adını qazanıb.
O deyib ki, A.Abbasova bu əsəri ilk dəfə 2012-ci ildə Bəstəkarlar İttifaqında keçirilən “Azərbaycanda uşaq musiqisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfransda ifa edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_azerbaycanli_bestekar_Rusiyada_musabiqenin_qalibi_olub-827018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR