[ 14 İyul 2015 17:29 ]
Bakı – APA. Türkiyədə koalisiya hökuməti qurulması çərçivəsində növbəti önəmli görüş keçirilib. APA-nın xəbərinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə görüşüb.
AKP nümayəndə heyətində Faruk Çelik, Mahir Ünal, Lütfi Əlvan, Haluk İpək, Ərtan Aydın, MHP heyətində isə Oktay Vural, Kənan Tanrıkulu, Semih Yalçın, İsmət Büyükataman və Mustafa Kalaycı təmsil olunub.
D. Bağçalının Böyük Millət Məclisindəki kabinetində keçirilən görüş 1 saat 45 dəqiqə davam edib. MHP lideri qonaqları kabinetinin qapısında qarşılayıb.
Görüşün yekunları ilə bağlı Ə. Davudoğlunun mətbuat konfransı keçirməsi, D. Bağçalının isə yazılı açıqlama ilə çıxış etməsi gözlənilir.