Dövlət Komitəsi Gəncədə “Açıq qapı” günü, Göygöldə “kütləvi çıxarış” kampaniyası keçirib

Dövlət Komitəsi Gəncədə “Açıq qapı” günü, Göygöldə “kütləvi çıxarış” kampaniyası keçirib
16:57 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 16:50 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə şəhərində vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü təşkil edib. Eyni gündə komitə Göygöldə “kütləvi çıxarış” kampaniyası da keçirib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu tədbirləri keçirməkdə məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesi və yaradılmış müasir və şəffaf xidmət şəraiti ilə vətəndaşları yaxından tanış etmək, onlara qeydiyyat prosedurlarını əyani nümayiş etdirmək və bunu ictimaiyyətə çatdırmaqdır. “Açıq qapı” günü “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. “Açıq qapı” günündə vətəndaşlar ərazi idarəsində qeydiyyat prosesini yaxından izləyiblər və prosesdə iştirak edərək prosedurlarla əyani tanış olublar. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani izah edilib.

 

“Açıq qapı” günündə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara maraqlı olan bir sıra məsələlərə aydınlıq gətirilib.

 

Tədbirdə bildirilib ki, vətəndaş öz əmlakına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə etmiş olduğu sənədlərini təqdim etməklə dövlət reyestrindən çıxarışını ala biləcək. Eyni zamanda, qanunvericilikdə edilmiş yenilik daşınmaz əmlakla bağlı alqı-satqı və digər proseslərə müsbət təsirini göstərəcək, nəticədə daşınmaz əmlak bazarı daha da inkişaf etməsinə səbəb olacaq.

 

Eyni zamanda, “Açıq qapı günü”ndə komitənin elektron və onlayn xidmətləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, xüsusi mülkiyyətin qeydiyyatı ilə bağlı 31 elektron xidmət, o cümlədən 2 onlayn xidmət fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 158 minə yaxın müraciət daxil olub. Həmin gün Göygöldə keçirilən “kütləvi çıxarış” kampaniyası çərçivəsində rayonun 350-yə yaxın sakininin əvvəlki illərdə verilmiş mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.

 

Ötən il 205 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370175

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR