11 uşaqlı yeni kral haqqında şok iddia

11 uşaqlı yeni kral haqqında şok iddia
17:06 23 Yanvar 2015
204 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gecə dünyasını dəyişən Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdüləziz əs Səudun yerinə təyin edilən 79 yaşlı vəliəhd şahzadə Salman ibn Əbdüləziz haqqında maraqlı iddia yayılıb.

Eyni zamanda müdafiə naziri olan Salman ibn Əbdüləzizin səhhətində problem yarandığı iddia edilir. Deyilənlərə görə, o Alzaymer xəstəliyindən əziyyət çəkir.
Hər nə qədərdə bu barədə məlumatların ölkə mediyasında yayılmasına icazə verilməsədə onun infarkt olduğu və sağ əlinin çətin işlədiyi bəllidir.

O, Səudiyyə Ərəbistanın 7-ci kralıdır və 1935-ci ildə doğulub. Səudiyyə Ərəbistanı dövlətinin qurucu ailəsinin 25-ci oğlan uşağıdır. Kral Salman 3 dəfə evlənib. Onun 10 oğlan, 1 qız uşağı var.

Erkən yaşda siyasətlə məşğul olmağa başlayan kral Salman Riyad valisi olaraq kariyeraya başlayıb. O, 1963-cü ildə işə başlayanda 200 min əhalisi olan şəhərdə indi 7 milyon adam yaşayır.
O, Ər Riyadı səhradan meqopolisə çevirib.

Onun oğulları dövlət idarəçiliyinin ən yüksək pillələrində yer alır. Belə ki, şahzadə Əbdüləziz köməkçi neft naziri, Faysal Mədinə şəhər valisi, SAn isə ərəb astronavtdır.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR