Bakı 15 iyul, Sevda Cəfərova, AZƏRTAC
İyulun 10-da Yaponiyada Fudzi dağının zirvəsində və yeddi başqa nöqtədə yerli hakimiyyət orqanları tərəfindən "NTT Docomo" şirkəti ilə birgə quraşdırılmış ödənişsiz "Wi-Fi" işləməyə başlayıb.
AZƏRTAC xarici saytlara istinadən bildirir ki, 2014-cü ildə Tokiodan 90 kilometr məsafədə yerləşmiş vulkanı (sonuncu dəfə 1708-ci ildə püskürüb) 285 min turist ziyarət edib. Yerli hökumət bu turizm məkanının cəlbediciliyini artırmaq üçün ödənişsiz "Wi-Fi" qurub. Bildirilir ki, turistlər, ödənişsiz "Wi-Fi" vasitəsilə hər şeydən öncə hava haqda xəbərdar olmaq imkanı əldə edəcəklər.