Səhiyyə Nazirliyi bir şirkətin lisenziyasını ləğv etdi

Səhiyyə Nazirliyi bir şirkətin lisenziyasını ləğv etdi
18:19 23 Yanvar 2015
303 Sosial
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən Əhmədli qəsəbəsi, H. Aslanov metrosunun yanında "Murad" aptekdə (Murad Farm MMC-yə məxsus) yoxlama aparılıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, keçirilən yoxlama zamanı aptekdə satışı aparılan və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Həmçinin, yoxlama zamanı aptekdə reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilib. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə Murad Farm MMC-yə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunub.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən Murad Farm MMC-yə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR