"Kiminsə məşuqəsi "nanay-nanay" bilir, onu bütün məclislərə çıxarırlar"

"Kiminsə məşuqəsi "nanay-nanay" bilir, onu bütün məclislərə çıxarırlar"
18:27 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Zöhrə Abdullayeva toylara getməməsinin səbəblərini açıqlayıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “Günaydın” verilişinin qonağı olan müğənni müasir dövrdə oxuyana düzgün qiymət verilməməsindən şikayətlənib:

“Mənə toylarda tələbat yoxdur. Çünki canlı ifa edirəm. O qədər fonoqram oxudular ki, camaat da ona öyrəşdi. Toylarda bəlkə də restoran müdirlərinin xəbəri yoxdur ki, administratorlar nə oyundan çıxırlar. Kiminsə məşuqəsi “nanay-nanay” bilir, onu bütün məclislərə çıxarırlar. Görürsən ki, hər toyda o qız oxuyur. Çörəyə bais olmayın. Allahdan qorxun”.

Z.Abdullayeva toy qiymətindən də danışıb:

“O gün internetdən oxuyuram ki, müğənnilərin toy qiymətində mənə yarım saata min manat, oxuya bilməyənə isə 4-5 min manat yazıblar. Elə ona görə də getmirəm toylara. Məni dəvət edəndə baxıram, restoran bahalıdırsa, ona uyğun qiymət deyirəm. İstədiyim məbləği verməyəndə getmirəm. Allah oğlumun canını sağ eləsin. Ac deyiləm, susuz qalmıram. Nə qədər ömrüm qalıb geyinməyə paltarım da, xəzim də var".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR