Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Ramazan bayramı münasibəti ilə Saatlı rayonunda müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullardan ibarət ərzaq yardımı Saatlı rayonunda məskunlaşan Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə təqdim olunub.
13-15 iyul 2015-ci il tarixlərində “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər.