Anadan oğula corabda gizlədilmiş telefon sovqatı - FOTO

Anadan oğula corabda gizlədilmiş telefon sovqatı - FOTO
19:47 23 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
 
Milli.Az bildirir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Allahverdi Qulu oğlu Sadıxovun yanına qısamüddətli görüşə gəlmiş anası - Xaçmaz rayon sakini Səyyarə Bayramxan qızı Sadıxovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
 
Baxış zamanı corabının içərisində gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
 
Fakt üzrə araşdırma aparılır.
 
Qeyd edək ki, A.Sadıxov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilib.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR