İran XİN rəhbəri: ABŞ-ın yeni sanksiyaları İranla bağlı razılaşmanı poza bilər

02:02 24 Yanvar 2015
183 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 01:45 ]

Bakı-APA. ABŞ Konqresi tərəfindən İrana qarşı yeni sanksiyaların qəbulu Cenevrədə Tehran və “altılıq” arasında əldə edilmiş razılaşmanı poza bilər.

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.   

 

“Biz hərtərəfli razılaşma əldə etmək perspektivinə malik razılıq əldə etmişik. Əgər kimsə bu razılaşmanı pozmaq iqtidarındadırsa o, istər bu ABŞ Konqresi , istərsə də başqası olsun,  beynəlxalq ictimaiyyətdən təcrid olunmalıdır”, deyə Zərif qeyd edib.      

 

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın  BMT-dəki daimi nümayəndəsi Samanta Pauer  bildirib ki, Tehrana qarşı əlavə sanksiyaların tətbiqi İranın nüvə proqramına dair danışıqlara ciddi zərbə vura bilər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR