Baki, 20 İyul, AZƏRTAC
Yunanıstan bankları üç həftəlik fasilədən sonra fəaliyyətini yenidən bərpa edəcək. Əvvəlki günlərlə müqayisədə ölkə vətəndaşlarının öz hesablarından nağd pul götürmələri bir az asanlaşacaq.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, ötən həftə Yunanıstan Parlamenti ölkəyə maliyyə yardımının ayrılması ilə bağlı təklifi dəstəklədiyini bildirib.
Avropa Mərkəzi Bankı tərəfindən yunan banklarına təcili kredit ayrılması barədə razılığa gəlinib. Yunanıstana yardım kampaniyasının bu həftə başlanacağı bildirilir. Banklara təzyiqlər davam etsə də, onların normal əməliyyat sistemini bərpa etməyi üçün şərait yaradılacaq. Belə ki, vətəndaşlar həftədə 420 avro məbləğində nağd pul çıxara və ya kart vasitəsi ilə xaricdə alış-veriş edə biləcəklər.
Qeyd edək ki, Yunanıstanda maliyyə müəssisələri üç həftə idi ki, fəaliyyət göstərmirdi. Afina bu fövqəladə addımı insanların hesablardan təşviş içərisində kütləvi surətdə pul çəkmələrinin qarşısını almaq məqsədi ilə atmışdı. Qərar iyunun 27-də yunan hökumətinin kreditorların tələbləri ilə razılaşmamasına cavab olaraq Avropa Qrupunun bank sisteminin maliyyələşdirilməsi proqramını bir neçə günlük uzatmasından imtina etdikdən sonra qəbul olunub.