AB-də sanksiyalar üstündə mübahisə gedir (VİDEO)

AB-də sanksiyalar üstündə mübahisə gedir (VİDEO)
09:51 24 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Birliyinin diplomatiyası Ukraynanın cənub-şərqində zorakılığın artması hallarının sona çatmasını və münaqişə zonasından ağır silahların uzaqlaşdırılmasını tələb edir.

ANS PRESS-in məlumatına görə, bu sözlərə Avropa diplomatiyası sözcüsünün rəsmi çağırışında yer verilib.

“Son zorakılıq hallarına görə məsuliyyət daşıyanlar məsələnin siyasi yolla həlli üçün üzərlərinə götürdükləri öhdəliklərə nə qədər ciddi yanaşdıqlarını göstərməli və zorakılığı dayandırmaq üçün mümkün olan hər şeyi etməli, dərhal ağır silahları çəkərək, Minsk memorandumunda nəzərdə tutulan təmas xəttinə riayət etməlidirlər”- deyə sənəddə qeyd olunur.

Nümayəndə Federiki Mogerini eləcədə münaqişə tərəflərinin beynəlxalq hüquq normalarına riayət etmələrinin vacibliyini önə çəkib.

Bu arada Avropa Parlamentində gərginliyin artmasında Rusiyaya qarşı sanksiyaların rolunun olduğunu düşünən qüvvələr var. Bundan əlavə sanksiyaların Avropa iqtisadiyyatına vurduğu ziyanı nəzərə alaraq yüngülləşməsi tələb olunur.

Qeyd edək ki, hazırda avro dollara nisbətdə ən aşağı həddə düşüb. Ötən gün bir avro 1,13 dollara satılıb. Bu, 2003-cü ildən bəri, yəni son on bir ildə ən aşağı səviyyədir.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR