Bakı, 21 iyul, AZƏRTAC
Bakıda "PAŞA Bank"ın yenilənmiş filialı - A.İldırım küçəsi, 68 ünvanında yerləşən Şüvəlan Biznes Mərkəzinin açılışı olub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Şüvəlan Biznes Mərkəzinin yenilənməsi "Paşa Bank"ın 2015-2017-ci illər üçün inkişaf strategiyasına uyğun olaraq keçirilib. Bu strategiyanın maddələrindən biri də müştəriyə yönümlülüyün gücləndirilməsi və bank xidmətlərinin daha yüksək səviyyədə təmin edilməsidir. Filial müştərilərə kompleks maliyyə xidmətləri, o cümlədən kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, kapital bazarına çıxışa yardım, ticarətin maliyyələşdirilməsi xidmətlərini təqdim edir. Yenilənmiş Biznes Mərkəzində müştərilərə xidmət, həmçinin tərəfdaşlarla danışıqlar aparmaq üçün əlavə yer ayrılıb.
Qeyd edək ki, Şüvəlan Biznes Mərkəzi "PAŞA Bank"ın 2009-cu ilin aprelində açılan ilk filialıdır.