Bakı, 21 iyul, AZƏRTAC
İyulun 27-də ABŞ-ın Puerto-Riko Universitetinin professoru, tibb elmləri doktoru Səbzəli Cavadov Xəzər Universitetində “Mitoxondri: stresslə əlaqəsi və kardioloji mühafizənin hədəfi” mövzusunda mühazirə oxuyacaq.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, S.Cavadovun son illərdə apardığı elmi araşdırmalara və əldə etdiyi nailiyyətlərə həsr olunmuş mühazirəsi geniş auditoriya üçün nəzərdə tutulur.