"Deportivo" Xulio Reyin transferindən imtina edib. Qalisiya təmsilçisi həftə sonu "Fabril" klubundan transfer etdiyi futbolçudan gözlənilmədən imtina edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Reyin 2012-ci ildə tvitter hesabından "Deportivo" və onun azarkeşlərinə qarşı təhqiramiz sözlər yazması oyunçuya baha başa gəlib. Həmin tvit silinsə də, "Deportivo" rəhbərliyi qərarından dönməyib.

"Klub Xulio Reyin sosial şəbəkədə bir neçə il öncə yazdığı şərhləri araşdırıb transferdən imtina etməyə qərar verdi. "Deportivo" formasını əsl idmançı, rəqiblərə hörmət edən, komandasına, onun rənglərinə və dəyərlərinə bağlı şəxs geyinə bilər" - klubunu bəyanatında deyilir.

Milli.Az

"Deportivo" klubu təhqir edən futbolçudan imtina etdi - FOTO