Gəncədə iki bıçaqlanma hadisəsi baş verib

11:27 24 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 11:23 ]


Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bir gecədə iki bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisələrdən biri şəhərin “Metallurq” stadionun yaxınlığında qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Bağırov Məhəmməd Rafiq oğlu qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun dostu Asim adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

 

Ötən gecə şəhərin Mirzə Fətəli Axundov küçəsində yaşayan, 1993-cü il təvəllüdlü Dursunov Araz Zaur oğlu isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hələ ki, A. Dursunovun kim tərəfindən bıçaqlandığı məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR