Qorxunc statistika

Qorxunc statistika
12:36 24 Yanvar 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı artır.

ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, Dövlət Statistika Komitəsi rəqəmləri açıqlayıb. 2010-cu ildə ölkədə əmək qabiliyyətli yaşda ölən insanların sayı 15038, 2011-ci ildə 16027, 2012-ci ildə 16128, 2013-cü ildə 16277 nəfər (2014-cü ilin statistikasi hələ açıqlanmayıb) olub.

1995-ci ildə kişilər üçün əmək qabiliyyətli yaş kişilər üçün 16-59, qadınlar üçün 16-54, 2013-cü ildə isə kişilər üçün 15-62, qadınlar üçün 15-58 olub.

Əmək qabiliyyətli yaşda ölən insanların ölümünə daha çox qan dövranı sistemi xəstəlikləri olub. Bu səbəbdən ölüm halları ölkədə 1995-ci ildən başlayaraq, artıb.

1995-ci ildə qan dövranı sistemi xəstəliklərindən 4520 nəfər ölmüşdürsə, 2010-cu ildə bu rəqəm artaraq 6305, 2011-ci ildə 7051, 2012-ci ildə 7519, 2013-cü ildə 7689 olub.

Əmək qabiliyyətli yaşlı insanların ölümünə daha çox səbəb olan ikinci xəstəlik yenitörəmələr hesab edilir. 2012-ci ildə 2575, 2013-cü ildə 2969 nəfər əmək qabiliyyətli insan yenitörəmələr nəticəsində dünyasını dəyişib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR