1994-cü ildə “Habbl” teleskopu kosmosda uçan, süni olduğu aydın görünən nəhəng obyektin şəklini çəkiblər. NASA-nın əməkdaşları onu Allahın Məskəni adlandırıblar. ABŞ rəhbərliyi bunun sirr olaraq qalmasına qərar versə də, məlumat hansısa yollarla aşkara çıxıb.
1994-cü ilin dekabrında NASA-nın mütəxəssisləri “Habbl”dan çəkilən fotoları əldə ediblər. Şəkillərin birində görünən dumanlı ləkə marağa səbəb olub. Onun görünməsini nə Yer kürəsinə göndərilən siqnallarda maneə ilə, nə də hər hansı optik effektlə izah etmək mümkün olmayıb. Ulduzlu səmanın bu maraqlı məskənin şəklini, “Habbl” üçün maksimal olan rəqəmsal imkanlarla yenidən çəkiblər. Şəkillərdə təbiətin yaratdığı hesab edilməyəcək qədər dəqiq, parlaq konstruksiya görünürdü. Hətta “böyük” və “nəhəng” anlayışları, ölçüsü milyard kilometrlərlə ölçülən bu obyekt üçün çox zəif səslənirdi. Bizim planetimiz, ölçüsünə görə, bu “şəhər”in küçəsindəki qum dənəsi hesab oluna bilər. Gördüklərindən sarsılan mütəxəssislər bu obyekti şəhər elan edərək, ona “Allahın Məskəni” adını veriblər. Heç kəs həqiqətə nə qədər yaxın olduğunun fərqində deyildi...
Obyekti müşahidə edən alimlər müəyyənləşdirdilər ki, o, qalaktika ilə birgə, Yer kürəsinə nisbətdə hərəkət edir. Bu, Böyük Partlayış nəzəriyyəsinə uyğun gəlirdi. Nəzəriyyəyə əsasən, kainatda partlayış olub və o zamandan bu yana qalaktikalar bir mərkəzdən kənara atılaraq, müxtəlif istiqamətlərdə hərəkət edirlər. Ancaq kainatın bu hissəsinin üçölçülü modelini düzəldən mütəxəssisləri sürpriz gözləyirdi: Yer kürəsi və digər qalaktikalar həqiqətən Allahın Məskəni ətrafında dövr edirlər, “şəhər” isə... heç yerə uçmur və olduğu yerdə qalır! Bu, həmin mərkəzin özü idi... Allahın Məskəni kainatın tam mərkəzində yerləşir.
NASA yetkililəri kosmosda tapılan qəribə texnogen obyekt haqqında yuxarı orqanlara məlumat verirlər. Bu inanılmaz tapıntının taleyini prezident Bill Klinton və vitse-prezident Alber Qor müzakirə edib. Son olaraq qərara alınır ki, bəşəriyyəti bu cür məsələ ilə narahat etmək lazım deyil və Allahın Məskəninə aid bütün informasiyaların yayılmasına qadağa qoyulur. Ancaq artıq gec idi. Demək olar ki, “Habbl” tərəfindən çəkilən bütün şəkillər ictimaiyyətə açıqlanmışdı. Həmin bu maraqlı şəkillər serverdən silinməzdən öncə bir neçə astronomik laboratoriyalar tərəfindən köçürülübmüş. 1995-ci ilin əvvəlində alman elmi jurnalların birində NASA-nın bu tapıntısı haqqında məlumat yayılır və bu informasiya bütün KİV-lərdə paylaşılır.
Nəzəriyyələrdə çatışmazlıq yoxdur. Allahın məskəni haqqında hər məqalədə onun haqqında yeni fikirlər yazılır. Ən çox yayılan fikirlərdən biri budur ki, bura həqiqətən Yaradanın məskənidir, burada Yer kürəsində və digər planetlərdə ölənlərin ruhunun məskunlaşdığı yerdir. Digər fikir isə obyektin supersivilizasiya tərəfində yaradılmasıdır. Əgər kainatda digər ağıllı varlıqlar mövcuddursa, mümkündür ki, onlardan bəziləri inkişafın ən yüksək səviyyəsinə çatıblar və belə bir böyük süni obyekt yaradıblar.
Bundan sonra müxtəlif suallar yaranıb. Yer kürəsi ətrafında çoxlu Orbitlərarası kosmik stansiyalar uçur. Bəs 500 il sonra bəşəriyyət kosmosa nə buraxacaq? NASA nə edəcək? Heç kəs şübhə etmir ki, mütəxəssislər Allahın Məskənini izləyirlər. Doğrudanmı 20 il ərzində burada başqa sürprizlərlə qarşılaşmayıblar? Bütün yazılan məqalələrə, rəylərə baxmayaraq, NASA “əldə etdiyimiz fotoşəkillər öyrənilir”dən başqa heç nə demir...

