Axşam.az-ın məlumatına görə, ifaçı bu dəfə məşhur "Taksi" filmində səsləndirilən "Misirlou" musiqisinin türkcə versiyasını oxuyub. Bəstənin sözlərinin müəllifi Suat Sayındır.
"Yaralı könül" adlı mahnını bu versiyada ilk dəfə 1950-ci ildə türkiyəli mərhum sənətçi Zeki Müren səsləndirib.
Yeni layihəsi ilə bağlı danışan X.Qədimova bunları deyib:
“Bəstəni Yaşar Baxış aranjiman edib. Musiqinin müəllifinin kimliyi hələ də məlum deyil. Buna görə də onu Orta Asiya xalq mahnısı adlandırırlar. Çox məşhur və gözəl bir bəstədir. Rok tərzindədir. Bu mahnını ifa etmək çətindir. İnanıram ki, maraqlı alınıb”.
Qeyd edək ki, sözügedən bəstəni indiyədək bir çox məşhur əcnəbi ulduzlar da ifa edib.



