Keçən həftə tanınmaz dərəcədə imicində yenilik edən Nisə Qasımova əvvəlki görkəminə qayıdıb. ANS PRESS-in məlumatına görə, sənətkar bu dəfə tamaşaçıların qarşısına adət etdiyimiz görkəmdə çıxıb. Böyük müzakirələrə səbəb olmuş qara pariksiz və parlaq makiyajsız. Sanki Nisə Qasımova dünənki görünüşü ilə plastik əməliyyatın qurbanı olmadığını hər kəsə sübut etməyə çalışırdı...

Görkəmi ilə şoka salan xalq artistinin yeni görüntüləri (FOTO)
Nisə Qasımova


Xalq artisti Nisə Qasımovanın keçən həftə qara qısa saçlı parikdə efirə çıxması və fotolarını sosial şəbəkələrdə yayımlaması böyük səs küyə səbəb olmuşdu. Belə ki, illərin sənətkarını tanımaq mümkün deyildi. Əksəriyyət Nisə xanımın plastik əməliyyat etdirdiyi qənaətində idi, sözügedən fotolar "Plastik əməliyyatın növbəti qurbanı" şərhi ilə paylaşılırdı.

Görkəmi ilə şoka salan xalq artistinin yeni görüntüləri (FOTO)
Nisə Qasımova bu obrazda qəbul edilmədi


Xalq artisti ətrafında yaşanan söz-söhbətə reaksiya verərək bəyənilməyən yeni obrazının bir eksperiment olduğunu açıqladı. Öz stili ilə tanınmaz olmağa qərar verən sənətkar qara parik, parlaq makiyaj, qara saçlara uyğun qırmızı dodaq boyasından istifadə etmişdi.

Görkəmi ilə şoka salan xalq artistinin yeni görüntüləri (FOTO)
Qara saçlı Nisə Qasımova


"Biz düşündük ki, elan edilmədən efirə çıxacam və oxumağa başlayacam. Görək məni tanıyacaqlar, ya yox? Əslində problem işıqlandırmada idi - fotolar çəkilərkən işığı üzümə düzgün salmamışdılar. Ümumiyyətlə, bizim televiziyalarımızda işıqlandırma problemi həmişə olub". - deyən Nisə xanım, müzakirələrə səbəb olan imicinin əslində fotolarda göründüyü qədər pis olmadığını söylədi.

Görkəmi ilə şoka salan xalq artistinin yeni görüntüləri (FOTO)
Görkəmi ilə şoka salan xalq artistinin yeni görüntüləri (FOTO)
Xalq artistinin yeni görüntüsü