Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
23 həftəlik, 650 qr çəki ilə yeni doğulmuş körpənin həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirildi.
Universitetdən Trend-ə verilən məlumata görə, 19.06.2015 tarixində 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə ümidsiz şəkildə hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət etmişdir. Aparılan müayinələr zamanı dölyani mayenin tam axdığı aşkar edilmişdir. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması idi. Klinikanın həkim mama-ginekoloqu Nigar Abbasova və həkim-neonatoloqu Səadət Yaqubovanın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilib və süni doğuş aparılıv. Həkimin sözlərinə görə yenidoğulmuşun çəkisi 650 qr, ümumi vəziyyəti kritik idi. Dərin morfofunksional çatışmazlıq fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti ön planda idi. Respirator distress sindromu müşahidə olunurdu.
Neonatologiya şöbəsinin müdiri Səadət Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür ki yaşayır. Vəziyyəti bu müddət ərzində bir neçə dəfə kəskin pisləşsədə, hazırda qənaətbəxşdir. İndi Yusifin çəkisi 1020 qr-ı keçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az