"Sədi Sani Qarabaği əsərləri" kitabı çap olunub

"Sədi Sani Qarabaği əsərləri" kitabı çap olunub
16:37 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 16:35 ]

Bakı. Cavid Zeynallı – APA. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovun və AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı İlahə Vəliyevanın birgə tərtibatı ilə "Sədi Sani Qarabaği əsərləri" kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. APA-nın məlumatına görə, əlyazma mənbələri əsasında qələmə alınan, yeni faktlarla zəngin olan nəşrdə şairin həyat və yaradıcılığı, yetişdiyi və yaşadığı ədəbi mühit, eyni zamanda əsərlərinin tərcüməsi yer alıb.

 

Sədi Sani Qarabağinin indiyədək çap olunmamış bir sıra şeirləri kitabda oxuculara təqdim edilib.

 

Nəşrin elmi redaktoru filologiya elmlər doktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, ön sözün müəllifləri isə Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov və AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı İlahə Vəliyevadır.

 

Qeyd edək ki, Sədi Sani Qarabaği XIX əsrdə Qarabağın Cinli kəndində doğulub. Onun təvəllüd və ölüm tarixi dəqiq məlum deyil. Amasiyada xəlvətilik təriqətinin aparıcı simalarından olan Hacı Mir Həmzə Nigarinin müridi olub. Şairin Amasiyada öldüyü bildirilir.

 

Qeyd edək ki, İlahə Vəliyeva “APA Holding”ə daxil olan APA TV-nin əməkdaşıdır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR