Azərbaycanın müdafiə naziri Zakir Həsənov şəhid olmuş hərbi qulluqçu Eldar Fətəliyevi ölümündən sonra medalla təltif edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət çəkmiş hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Milli.Az