SSRİ Xalq artisti Lyudmila Zıkinovanın ölümündən 6 il keçsə də, qohumları onun mirasını bölüşdürə bilmirlər.

Axşam.az-ın Rusiya mediasına istnadən məlumatına görə, onun bahalı daş-qaş kolleksiyası ölümündən sonra köməkçilərində imiş. Həmin qadınlar Lyudmilanın özünün kolleksiyanı onlara verdiyi desələr də, cəvahirat onlardan alınaraq Zıkinovanın yaxın qohumu Sergeyə verilib.

Bir neçə milyonluq bahalı zinət əşyaları alan S.Zıkinov onları digər qohumlarla bölüşməyərək satmaq qərarına gəlib. Daha sonra o, aldığı pulların oğurlandığını elan edib.

Zıkinov ailəsinin digər üzvləri bunu bəyənməyərək Sergeyi məhkəməyə veriblər. Məhkəmədə məbləğin milyon yarım dollar olduğu məlum olub.

Bir neçə gün əvvəl isə Moskva məhkəməsi Sergeydən 89 milyon rublun (təxminən 1 miyon dollar) onun bacısı Yeketerinaya verilməsi barədə qərar qəbul edib..

Qohumları xalq artistinin qızıllarını bölüşdürə bilmir - fotolar