Namusun əhəmiyyətini öyrəndim evdə…

Namusun əhəmiyyətini öyrəndim evdə…
21:12 24 Yanvar 2015
370 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kayzen.az-a istinadən məşhur türk yazarı Can Dündarın "Həyatdan nə öyrəndim?" yazısını təqdim edir.
Sonsuz bir qaranlığın içindən doğuldum. İşığı gördüm, qorxdum.
Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi, sonsuz qaranlığa yola saldım sevdiklərimi. Ağladım.
 
Yaşamağı öyrəndim.
Doğumun, həyatın bitməyə başladığı an olduğunu, aradakı hissənin, ölümdən oğurlanan vaxtlar olduğunu öyrəndim.
 
Zamanı öyrəndim.
Yarışdım onunla…
Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrəndim…
 
İnsanı öyrəndim.
Sonra insanların içərisində yaxşılar və pislər olduğunu…
Sonra da hər insanın içərisində yaxşılıq və pislik olduğunu öyrəndim.
 
Sevməyi öyrəndim.
Sonra güvənməyi…
Sonra da güvənin sevgidən daha qalıcı olduğunu, sevginin güvənin sağlam təməli üzərində qurulduğunu öyrəndim.
 
İnsan bədənini öyrəndim.
Sonra bədənin altında bir ruh olduğunu…
Sonra da ruhun, əslində, bədənin üstündə olduğunu öyrəndim.
 
Dünyanı öyrəndim.
Sonra dünyanı işıqlandırmağın yollarını öyrəndim.
Sonda dünyanı işıqlandıra bilmək üçün əvvəl ətrafını işıqlandırmalı olduğunu öyrəndim.
 
Çörəyi öyrəndim.
Sonra sülh üçün çörəyin bol istehsal edilməli olduğunu…
Sonra da çörəyi ədalətlə bölmənin, bol istehsal etmək qədər əhəmiyyətli olduğunu öyrəndim.
 
Oxumağı öyrəndim.
Özümə yazmağı öyrətdim sonra…
Və bir müddət sonra yazmaq, özümü öyrətdi mənə…
 
Tərk etməyi öyrəndim.
Sonra dözməyib qayıtmağı…
Daha sonra da özümə rəğmən getməyi…
 
Dünyaya tək başıma meydan oxumağı öyrəndim gənc yaşda…
Sonra kütlələrlə birgə getməli olduğum fikrinə gəldim.
Sonra da əsl gedişin kütlələrə qarşı olmalı olduğunu öyrəndim.
 
Düşünməyi öyrəndim.
Sonra qəliblər içində düşünməyi öyrəndim.
Sonra sağlam düşüncənin qəlibləri yıxaraq düşünmək olduğunu öyrəndim.
 
Namusun əhəmiyyətini öyrəndim evdə…
Sonra namusdan məhrum olandan namus gözləmənin namussuzluq olduğunu, həqiqi namusun, günah əlinin altında ikən günaha əl sürməmək olduğunu öyrəndim.
 
Həqiqəti öyrəndim bir gün…
Və həqiqətin acı olduğunu…
Sonra da dozasında acının, yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.
 
Hər canlının ölümü dadacağını, ancaq yalnızca bəzilərinin həyatı dadacağını öyrəndim.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR