Nizami Kino Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə iyulun 25-də "ASAN xidmət" mərkəzlərinin əməkdaşları və könüllüləri üçün Kinomərkəzdə Azərbaycan və Türkiyə kinematoqrafçılarının xalq yazıçısı Elçin Əfəndiyevin ssenarisi əsasında birgə çəkdikləri "Mahmud və Məryəm" filminin nümayişi keçirilib.

Xatırladaq ki, film nümayişlərinin keçirilməsində əsas məqsəd gənclərə milli kinematoqrafiya və yerli filmlərdə açılan tarixi və sosial mövzuların təbliği və mədəniyyətin bu sahəsinə olan marağın daha da artırılmasıdır.
Aksiyanın sentyabr ayına qədər keçirilməsi nəzərdə tutulur. Həmçinin, "Asan xidmət"in əməkdaşları Nizami Kino Mərkəzində nümayiş olunan digər filmlərə endirimli qiymətlərlə baxa bilmək imkanı əldə ediblər.

Keçiriləcək növbəti tədbirlərin tarixi və saatı haqqında ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən əldə etmək mümkündür.

(https://www.facebook.com/NizamiCinema?rf=hl)

Nizami Kino Mərkəzində milli kinematoqrafiyaya dəstək aksiyası davam edir - FOTO