Porsche şirkəti ikinci nəsil Panamera modelini qış sınaqlarına çıxarıb. Fotocasusların yaydıqları şəkillərdə avtomobil örtüksüz təqdim edilib. Dizaynda dəyişikliklər çox deyil- yeni nəsil modelinin arxa hissəsi və ön panel yenidən işlənib və o havalanan ön qanad və fərqli xaricetmə sistemi əldə edib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Porsche Panamera 2016-cı ilin sonunda debüt edəcək. Maşının mühərrik qammasına yeni V6 və V8 benzin mühərrikləri daxil ediləcək. hazırda şirkətin mühəndislərinin əsas vəzifəsi avtomobilin çəkisini azaltmaqdır.
Milli.Az