“Baku HOG ” xəstə uşaqları sevindirdi (FOTO)

“Baku HOG ” xəstə uşaqları sevindirdi (FOTO)
17:31 26 Dekabr 2014
254 Digər
Ölkə mətbuatı
A- A+

“Baku HOG” onkoloji xəstəlikdən əziyyət çəkən uşaqları sevindirdi. Ümumdünya Harley Davidson ailəsinin Bakıdakı üzvləri bu gün Milli Onkologiya mərkəzində müalicə alan uşaqlarla görüşüb.

Onlar mərkəzin uşaq şöbəsinin bütün palatalarını gəzərək burada müalicə alan hər bir uşağa xüsusi hədiyyələr təqdim ediblər.

Şaxta Baba, Qar qız və kloundan hədiyyə alan uşaqlar növbəti yeni il bayramında Şaxta babadan ən çox gözlədikləri hədiyyəni də açıqladılar.

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla həmrəy olan "Baku HOG " ailəsinin üzvləri bu aksiyaların davamlı olacağını bildiriblər.

Qeyd edək ki, adıçəkilən xəstəxanada hazırda 60-a yaxın uşaq müalicə olunur.
















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR