Partiya binasına hücum edildi (VİDEO)

Partiya binasına hücum edildi (VİDEO)
02:06 25 Yanvar 2015
223 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) bölgə nümayəndəliyinin binasına hücum təşkil edilib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Tunceli vilayəti Pertek rayonunda AKP-nin rayon nümayəndəliyinin binasına ötən gün gecə saatlarında üzü maskalı naməlum qrup molotovla hücum edib.

Eyni zamanda, digər bir səmtdə yerləşən çay evinə və 2 restorana da molotov atılıb. Güman edilir ki, hücumları həyata keçirənlər eyni qrupun üzvləridir.

Hücumlar zamanı Pertek bələdiyyə binası, AKP rayon təşkilatı binası və 5 başqa binaya zərər dəyib.

Əraziyə polis qrupları cəlb edilib. Hücumun kimlərin törətdiyi yönündə araşdırmalara başlanılıb.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR