Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalmış (hərbi həkim işi ixtisası üzrə) 20 yerə qəbul həyata keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, bu müsabiqədə dördüncü ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər hərbi həkim komissiyasından keçmək üçün iyulun 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 9:00-dan 17:00-dək müraciət etməlidirlər.
Qeydiyyat ATU-nun hərbi tibb fakültəsində qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).