Tərtər rayonunda mal-qaranın cins tərkibi yaxşılaşdırılır

Tərtər rayonunda mal-qaranın cins tərkibi yaxşılaşdırılır
19:23 25 Yanvar 2015
167 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 25 yanvar, AzərTAc 
Ötən il Tərtər rayonunda fərdi sahibkarlara lizinq yolu ilə 195 baş damazlıq heyvan satılıb.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artımına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanlar süni yolla mayalandırılır. 2014-cü ildə rayon üzrə 1220 baş inək və düyə süni yolla mayalandırılıb, 695 baş sağlam cins buzov alınıb.
Bundan başqa, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satışı da həyata keçirilir. İl ərzində fərdi sahibkarlara satılan 195 baş damazlıq heyvan 187 baş bala verib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terter_rayonunda_mal_qaranin_cins_terkibi_yaxsilasdirilir-827409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR